​Gəncədə gənclər arasında futbol turnirinin seçim mərhələsi başlayır

23:53 567

Sabah Azərbaycanda İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Neymarın şərəfinə adlandırılan “Neymar Jrs Five” gənclər arasında futbol turnirinin seçim mərhələsi Gəncədə başlayır.

Oxu.Az xəbər verir ki, yüzlərlə komanda kvalifikasiya mərhələsində qalib gəlmək üçün mübarizə aparacaq.

Turnir 18-25 yaşlı oyunçuların iştirakı ilə altı nəfərdən ibarət olan komandalar arasında keçirilir.
Bu il ilk dəfə olaraq hər komandaya 25 yaşdan yuxarı iki oyunçu daxil ola biləcək. Qalib komanda Neymarın vətəni Braziliyada təşkil olunacaq dünya çempionatında Azərbaycanı təmsil etmək imkanı qazanacaq. Milli final mayın 6-sı Bakıda baş tutacaq. Final yarışları isə Neymarın vətəni Praya-Qrandidə, “Instituto Projeto Neymar Jr” stadionunda keçiriləcək.
Seçim mərhələləri:
Lənkəran – 9 aprel
Gəncə – 15 aprel
Şəki – 16 aprel
Quba – 19 aprel
Bakı – 22 və 23 aprel
“Neymar Jr's Five” ölkə üzrə finalı 6 may tarixində Bakıda, Dənizkənarı Bulvarda keçiriləcək.

23:53
567
3x3