Mobil versiya Sizə 3x3 Azərbaycanda qalmağa kömək edəcək, hətta Siz kompyüterdən uzaq olsanız belə.

6 ay, 24 gün, 2 çempion (Video)

6 ay, 24 gün, 2 çempion (Video)

Azərbaycan Basketbol Federasiyası xəbər verir ki, aprelin 16-da «The Club Port Baku»nun basketbol arenasında Uşaq-Yeniyetmə baskebol Liqasının final oyunları keçirildi.

U12 yaş qrupunda üçüncü yer uğrunda qarşılaşmada «Fərid» BK Sabunçu UGİM-ə 41:27 hesabı ilə qalib gəldi.
U14 yaş qrupunda bürünc medallar uğrunda ikinci qarşılaşma Gəncə TİM-in və «Sıçrayış» BK-un komandaları üz-üzə gəldilər. Gərgin mübarizə şəraitində keçən oyunda «Sıçrayış» gəncəliləri üstələyə bildi 39:36.
Daha sonra çempionluq uğrunda oyunlara start verildi.
U12 yaş qrupunda məğlubiyyət bilməyən Gəncə TİM-in basketbolçuları Təhsil RİOEUGİM1 komandasını sınağa çəkdi. Final qarşılaşmaya daha yaxşı hazırlaşan Təhsil RİOEUGİM1 rəqibini 37:26 hesabı ilə məğlub edərək birinci yeri tutdu
U14 yaş qrupunda final qarşılaşması daha maraqlı mübarizə şəraitində keçdi. Oyunun ilk iki hissəsində Səbayıl UGİM-in idmançıları böyük üstünlüyə malik oldular. amma 3-cü hissədə Təhsil RİOEUGİM1gənc basketbolçuları təşəbbüsü ələ alaraq hesab arasında fərqi minimuma çatdırdılar 38:39. Amma son hissədə daha təcrübəli Səbayıl UGİM komandası Təhsil RİOEUGİM1 məğlub edərək 61:46 Liqanın Çempionu oldu.
Sonra fərqlənən komandalar Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi tərəfindən medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırdılar.

ABF-nin Məşqçilər Şurası tərəfindən müxtəlif nominasiyalarda fərqlənən oyunçular bəlli edildi:

U14 MVP — Əkbərov Cəbrayıl (Səbayıl UGİM)
U12 MVP — Abdinov Məcid (Təhsil RİOEUGİM1)
U12 Ən məhsuldar oyunçu — Həsənov Əli (Gəncə TİM)

Источник материала:
ABF
14:13
632
Нет комментариев. Ваш будет первым!