Mobil versiya Sizə 3x3 Azərbaycanda qalmağa kömək edəcək, hətta Siz kompyüterdən uzaq olsanız belə.

“Qarabağ”ın play off-dakı potensial rəqibləri

“Qarabağ”ın play off-dakı potensial rəqibləri

Oxu.Az-ın məlumatına görə, öz ölkəsinin çempionlarının mübarizəsində 10 qarşılaşma baş tutacaq.

Bu görüşlərdən biri Azərbaycan təmsilçisinin iştirakı ilə keçirilib. “Qarabağ” səfərdə Moldova “Şerif”i ilə qarşılaşıb – 1:2.

Bu 10 cütün qalibi pley-offun püşkatmasında səbətlərə bölünəcək. Təbii ki, hər bir komanda səpələnmişlər sırasında yer alıb daha münasib rəqiblə düşmək istəyir. Bu səbətlərin müəyyənləşməsində isə III təsnifat mərhələsinin rolu böyükdür.

Məsələ ondadır ki, 20 komandadan 10-u mərhələ adlayacaq. Onlardan da ən yüksək reytinqli 5-i səpələnəcək. İndidən bütün klubların əmsalları bəlli olduğundan hər komanda həm özü oynayır, həm də yüksək reytinqlilərin uduzmasına azarkeşlik edir.

Hazırkı 20 iştirakçının xallarına baxsaq, “Qarabağ” 10-cu yerdədir. Təmsilçimiz III təsnifat mərhələsində səpələnmişlər sırasına sonuncu kimi düşmüşdü. Əgər ilk oyunları baş tutan mərhələnin bütün cütlərində güclülər qalib gəlsə, pley-offun ən aşağı reytinqlisi olan “Qarabağ” səpələnməmiş olacaq.

Digər səbətə düşmək üçün isə çempionumuz özü mərhələ keçməli və 5 cütdə sensasiya gözləməlidi. Bu qədər gözlənilməzlik inandırıcı deyil. Amma ilk oyunların nəticələri bu baxımdan nikbinliyə az da olsa əsas verir.

Aşağıdakı siyahıda cütlərin favoritlərini fərqləndirilib, onları da xal ardıcıllığı ilə qərarlaşıb. Sonuncu 10-cu cütün reytinqlisi olan ağdamlılar yuxarıdakı nəticələrə ümidlə baxa bilər. Çünki ilk oyunlardakı sensasiyalar “Qarabağ”ı sevindirib.

Daha yuxarıda olan 9 favoritdən yalnız ikisi – “Olimpiakos”la “Maribor” qələbə qazanıb. Sonuncular evdə minimal hesaba sevinib və mərhələ keçməməsi də mümkündür.

5 komanda isə daha aşağı reytinqli rəqibinə uduzub. Əslində bu 5 cütün cavab oyunları keçirilməsə, “Qarabağ” səpələnmiş olacaq. İndi isə qalib tərəflər üstünlüyünü qorumalıdır. “Kopenhagen”, “Lüdoqorets”, APOEL, BATE və “Legiya”nın uduzması “Qarabağ”ın lehinədi.

Bu cütlərdə qalib gələn və səpələnməmiş kimi rəqibimiz olması mümkün görünən “Vitorul”, “Slaviya”, “Astana”, “Hapoel” kimi klublara da yuxarıdan aşağı baxmaq olmaz. Düzdü, bütün favoritlər səfərdə uduzduğunda evdə revanş imkanına malikdi.

“Zalsburq”la “Seltik” də “Qarabağ”ın səpələnmişlər səbətinə yolunu aça bilər. Onların evdə heç-heçə etməsi buna əsas verir. Lakin sensasiyalardan birinin səbəbkarı “Riyeka”nı da asan rəqib saymaq olmaz.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması avqustun 4-də baş tutacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar

Çempionlar yolu

“Partizan” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) — 1:3

“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç) — 0:0

“Zalsburq” (Avstriya) – “Riyeka” (Xorvatiya) — 1:1

“Vardar” (Makedoniya) — “Kopenhagen” (Danimarka) — 1:0

“Hapoel” (Beer Şeva, İsrail) – “Lüdoqorets” (Bolqarıstan) — 2:0

“Slaviya” (Praqa, Çexiya) – BATE (Belarus) — 1:0

“Astana” (Qazaxıstan) – “Legiya” (Polşa) — 3:1

“Vitorul” (Rumıniya) – APOEL (Kipr) — 1:0

“Maribor” (Sloveniya) – “Hafnarfyordur” (İslandiya) — 1:0

“Şerif” (Moldova) — “Qarabağ” (Azərbaycan) — 0:0,1:2

Qeyd: daha yüksək reytinqli komandalar qalın şriftlə fərqləndirilib. Cütlər yüksək reytinqli komandaların əmsallarına uyğun ardıcıllıqla göstərilib.

Источник материала:
OXU.AZ
02:55
83
Нет комментариев. Ваш будет первым!