Çempionlar Liqasının qrup mərhələsinin üçüncü  turunun ən yaxşı qolu müəyyənləşib

19:20 98

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun ən yaxşı qolu müəyyənləşib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, İtaliyanın “Roma” klubunun futbolçusu Edin Cekonun səfərdə “Çelsi” ilə görüşün 64-cü dəqiqəsində vurduğu qol ən yaxşı seçilib.

“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniçin Portuqaliyanın “Sportinq” klubu ilə oyunun 29-cu dəqiqəsində vurduğu qol səslərin 24 faizini toplayaraq ikinci olub.

Rusiya “Spartak”ının futbolçusu Denis Qulaşkovun İspaniya “Sevilya”sına qarşılaşmanın 67-ci dəqiqəsində vurduğu qol isə 20 faiz səs toplayaraq üçüncü pillədə qərarlaşıb.

Источник: Azertag

19:20
98
3x3
RSS
Нет комментариев. Ваш будет первым!