Mobil versiya Sizə 3x3 Azərbaycanda qalmağa kömək edəcək, hətta Siz kompyüterdən uzaq olsanız belə.

Basketbol ​3x3 Azərbaycan Təşkilatın Rəsmi Qaydaları

Hər hansı bir komandanın iştirakçısı (xəsarət alarsa, sağlamlıqındaproblemi olsa) buna görə 3x3 Azərbaycan təşkilatı məsuliyyət daşamır.

Siz yarışda iştirak etməyinizi qəbul etdiyiniz zaman, aşağıdakı qaydalarıda qəbuletmiş sayılırsınız. Buna görədə aşağıda yazılan qaydaları oxumağınızxahiş olunur.

Bənd 1. Oyunun şərtləri.

1.1. Oyunçulardan heç birinə zədələyici, əzici, cızıcı əşyalar geyinmək olmaz. Misal olaraq: saat, boyunbağı, üzük və s.

1.2. Basketbol üçün nəzərdə tutulmuş qolluqlardan, rezin qolbaq və ya hər hansı bir sarğı ilə oynamağa icazə verilir.

1.3. Turnirin təşkilatçıları onlar üçün təhlükəli və ya uyğun gəlmədiyi hesab etdikləri istənilən təchizat və ya paltarı icazə verməmək üçün hüquqları vardır.

1.4. Hər komanda özü ilə iki müxtəlif rəngli idman geyimi (şort və qısaqol köynək) götürməlidir.

Bənd 2. Oyunların qaydaları.

2.1. Yalnız əvvəldən təsdiq edilmiş oyunçular və komandalara meydana çıxmağa icazə veriləcək.

2.2. Bütün oyunlar hər komandada ən azı üç oyunçu ilə başlamalıdır.

2.3. Səbətə atılan hər bir atış 1 xal ilə qiymətləndirilir. 2 xallıq dairəsindən atılan hər bir atış isə 2 xal olaraq qiymətləndirilir. 2 xallıq atışın qeydə alınması üçün oyunçunun hər iki ayağı dairədən kənarda olmalıdır.

2.4. Oyunun başlanğıcında qəpik vasitəsi ilə topa ilk hansı komandanın sahib olacağı müəyyən edilir.

2.5. Top hər xal atıldıqdan sonra və hər cərimə atışları səbətə düşdükdən sonra qarşı komanda səbətin altından topu götürüb 2 xallıq xətdindən çıxıb (hər iki ayağı və top 2 xallıq xətti keçməlidir) hücüma keçməlidir.

2.6. Top meydançanın çıxış xətlərini keçməsi və ya topdaşıyanın ayağının hər hansı birinin xətti tapdalaması hallarında çıxmış sayılır.

2.7. Oyunçu zədələndiyi vaxtda hakimin oyunçunu oyuna salmamaq kimi haqqı var. Əgər oyunçunun açıq və qanayan yarası varsa oranı bağlamaq məcburiyyəti var. Oyunçunun paltarı qanadığı halda o, paltarını dəyişdirməlidir.

2.8. Hər hansı bir gözlənilməyən hadisə baş verərsə bütün komandalar bundan xəbərdar olunmalıdırlar.

2.9. Əgər oyunçunun qeydiyyat vərəqində səhvlik varsa oyunçu turnirdən uzaqlaşdırılır.

2.10. Turnirin hər hansı bir vaxtında səhvlik aşkar olunduğu halda o komanda tunirdən uzaqlaşdırılır.

2.11. Kənarda duran basketbol 3x3 rəsmiləri cəriməni gördüklərində hakimə demək haqları var.

Bənd 3. Follar və cərimə atışlar

3.1. Əgər atış zamanı fol olubsa və top səbətə daxil olubsa həmin top hesaba alınır və 1 cərimə atışı qeydə alınır.

3.2. 7-ci, 8-ci 9-cu komanda folu olsa, 2 cərimə atışı qeydə alınacaq. 10-cu foldan sonra, hər bir fola 2 cərimə atışı qeydə alınacaq və top hücum edən komandada qalacaq.

Bənd 4. Oyun ayrılan vaxt və qalibiyyət:

4.1. Oyun 10 dəqiqə və ya 21 xala kimi davam edir.

4.2. 10 dəqiqə ərzində 21 xala ilk çatan komanda qalib gəlmiş sayılır.

4.3. Bütün oyunlar ən çox 10 dəqiqə olacaq və vaxtın sonunda 1 və ya daha çox xal qabaqda olan komanda qalib gəlmiş sayılacaq.

4.4. 10 dəqiqəlik vaxt ərzində topun meydança xətlərindən çölə çıxdığı anlarda dayandırılmayacaqdır.

4.5. Əgər oyun 10 dəqiqə ərzində heç bir komandanın 1 xal fərq üstünlüyü ilə bitməzsə, oyuna vaxt əlavə ediləcək. Əlavə ayrılan vaxtda 2 xal kim tez yıqsa, həmin komanda qalib gəlmiş sayılacaq.

4.6. Hər bir komanda təyin olunmuş vaxtda, təyin olunmuş yerdə olmalıdır. Komanda hazır olmadığı vaxt 5 dəqiqəlik vaxt ayrılır və yenə də hazır olmayan komanda rəsmən məğlub tərəf sayılır.

4.7. Turnir vaxtı oyunçuların qeydiyyatı 30 dəqiqə və 1 saata kimi çəkə bilər.

4.8. Hər iki komandanın oyuna qədər isinmə vaxtı ayrılır. İsinmə vaxtı turnir oyunu qrafikindən asılı olaraq 5 dəqiqə və daha çox ola bilər.

Bənd 5. Taym-autlar:

5.1. Hər bir komandanın bir 30 saniyəlik taym-aut götürmək haqqı var.

5.2. Oyunçunun zədələndiyi vaxtda hakimin taym-aut eləmək haqqı var.

Bənd 6. Oyunçu dəyişikliyi:

6.1. Oyunçu dəyişikliyi oyun durduqda və ya taym-aut ərzində edilməlidir.

Bənd 7. Qara siyahı:

7.1 Əgər turnirdə qeydiyyatdan keçən komandanın, turnir vaxtı qəlməsə, həmin oyunçular qatılma haqqı miqdarında cərimə yazılacaq (hər oyunçuya), gələn turnirə qatılmaq üçün həmin cəriməni ödəyəndən sonra qatılmaq mümkün olacaq, əks halda komanda və komandanın heyyəti təşkilatın yarışlarından 2 il müddətinə qara siyahıda qeyd olunacaq.

7.2 Turnir vaxtı hər hansı bir sözlü konflikt eləmək, dava salan oyunçular meydandan, tunirdən qovulması ilə nəticələnəcək və gələn turnirlərə həmin oyunçular bir il təşkilatın heç-bir turnirlərə buraxılmayacaq.

Bənd 8. Cavabdehlik:

8.1 Yarış vaxtı təşkilat itən əşyalara cavabdehlik daşımır.

Bənd 9. Uzun müddətli liqaya qatılmaq üçün qaydalar (adi turnirlərə aid deyil, qaydalar ancaq uzun müddətli turnirlərə nəzərdə tutulub):

9. 1 Hər komandada 6 nəfər oyunçu ola bilər, 2 nəfər ümumi ehtiyyatda 4 nəfər isə (bir nəfər ehiyyatda olmaqla) oynayanlar. Həmin 2 nəfər 3x3 planet saytında qeyd olunmayacaq ehtiyyatda olduğları üçün.

9.2 Liqada maksimum qeyd olunan sayda komanda iştirak edəcək və qeyd olunan qruplara bölünəcək.

9.3 Liqa qeydolunan tarixə kimi davam edəcək. (Komandaların sayına görə planlaşdırılacaq)

9.4 Oyunlar dövretmə sistemi ilə keçiriləcək.

9.5 3x3 Azərbaycan yarış təşkil fonduna hər bir komanda bir oyuna görə qeyd olunan sayda məvacib ayırmalıdır, hər komanda əvəlcədən növbəti oyunun məvacibini yarış fonduna ödəməlidir. Əgər komanda gələn yarışlara qatılmasa həmin komanda məğlub olmuş kimi liqadan uzaqlaşdırlacaq.

9.6 Hər bir komanda oyunçusunun rəqəmlənmiş forması olmalıdır.

Bənd 10. Nizam - intizam:

10.1 Turnir vaxtı əgər oyunçu oyun vaxtı 2 texniki fol alarsa növbəti oyundan kənarlaşdırılacaq.

10.2 Oyunçu əgər rəqib oyunçuları, hakimləri, təşkilat heyətini, azərkeşləri təhqir etsə, növbəti oyundan kənarlaşdırılacaq, əgər təkrarlansa qara siyahıya əlavə olunacaq.

10.Texniki fol oyunçunun hər hansı bilərəkdən edilmiş kobudluğu, söyüş və hakimin qərarına etiraz etməsi müqabilində veriləcək. Hər hansı bir sözlü konflikt eləmək oyunçunun meydandan qovulması ilə nəticələnəcək. Oyunçu meydanda rəqibə qarşı zədələyici hərəkət edərsə və ya dava salarsa bu texniki fol kimi qeydə alınacaq. Bu follara həmçinin topa ayaqla bilərəkdən güclü zərbə endirmək, topu yerə və ya rəqibə güclü şəkildə vurmaq da aiddir. 2 dəfə texniki fol almış oyunçu oyundan və ya turnirdən uzaqlaşdırılır və cərimə olaraq fola məruz qalmış komanda 2 sərbəst atış edir və topa sahib olur.

Üç xallıq müsabigəsinin qaydaları:

1.1. Müsabigənin iştirakçısı üç xallıq xəttindən doqquz (9) top atışına malik olacaq, oyunçu özünə rahat olan atış nöqtəsini seçə bilər.

1.2. Hər səbətə daxil olan top bir (1) xal ilə hesablanacaq, üç (3) dəfə ardıcılıqla səbətə daxil olan top, hər 3-cü top iki (2) xal ilə hesablanacaq, əgər hesab fərgi rəgib oyunçu ilə bərabərləşsə onda həmin oyuçular yenidən, öz aralarında mübarizə aparacaqlar, amma bu səfər üç (3) top atışına malik olacaqlar.

1.3. Hər komandadan yalnız bir oyunçu müsabigədə iştirak edə bilər, qalan komanda yoldaşları müsabigədə iştirak edən komanda yoldaşına topu səbətin altında götürərək, kömək edəcəklər.

Basketbol 3x3 rəsmiləri qaydaları qoymaq onları dəyişdirmək hüququna sahibdirlər.

164
Нет комментариев. Ваш будет первым!