Basketbol 3×3 Azərbaycan idman liqasının rəsmi qaydaları:
Hər hansı bir komandanın iştirakçısı (xəsarət alarsa, sağlamlıqında problemi
olsa) buna görə 3×3 Azərbaycan təşkilatı məsuliyyət daşamır.
Siz yarışda iştirak etməyinizi qəbul etdiyiniz zaman öz imzanız ilə, aşağıdakı
qaydalarıda qəbuletmiş sayılırsınız. Buna görədə aşağıda yazılan qaydaları
oxumağınızxahiş olunur.
Əgər saytda istifadəçi kiminsə yerinə qeydiyyatdan keçirsə, həmin şəxsə görə
cavabdehlik özü daşayacaq.
Bənd 1. Oyunun şərtləri.
1.1. Oyunçulardan heç birinə zədələyici, əzici, cızıcı əşyalar geyinmək olmaz.
Misal olaraq: saat, boyunbağı, üzük və s.
1.2. Basketbol üçün nəzərdə tutulmuş qolluqlardan, rezin qolbaq və ya hər hansı
bir sarğı ilə oynamağa icazə verilir.
1.3. Turnirin təşkilatçıları onlar üçün təhlükəli və ya uyğun gəlmədiyi hesab
etdikləri istənilən təchizat və ya paltarı icazə verməmək üçün hüquqları vardır.
1.4. Hər komanda özü ilə iki müxtəlif rəngli idman geyimi (şort və qısaqol köynək)
götürməlidir.
1.5 12 yaşdan 18 yaşa kimi iştirakçı yeniyetmə idmançı kimi sayılır. Turnirdə
iştirak etmək üçün həmin iştirakçı, həkimnən arayış və valideyindən icazə vərəgəsi
(icazə vərəgəsinin ərizə blankını rəsmi sayta və yaxud təşkilat ilə əlaqə saxlayıb
əldə edə bilərsiz) təqdim etməlidir.
Bənd 2. Oyunların qaydaları.
2.1. Yalnız əvvəldən təsdiq edilmiş oyunçular və komandalara meydana çıxmağa
icazə veriləcək.
2.2. Bütün oyunlar hər komandada ən azı üç oyunçu ilə başlamalıdır.
2.3. Səbətə atılan hər bir atış 1 xal ilə qiymətləndirilir. 2 xallıq dairəsindən atılan
hər bir atış isə 2 xal olaraq qiymətləndirilir. 2 xallıq atışın qeydə alınması üçün
oyunçunun hər iki ayağı dairədən kənarda olmalıdır.
2.4. Oyunun başlanğıcında qəpik vasitəsi ilə topa ilk hansı komandanın sahib
olacağı müəyyən edilir.
2.5. Hər xal atıldıqdan sonra və hər cərimə atışları zaman top səbətə düşdükdən
sonar, qarşı komanda səbətin altından topu götürərək 2 xallıq xətdindən çıxıb (hər
iki ayağı və top 2 xallıq xətti keçməlidir) hücüma keçməlidir. Top səbətə daxil
olandan sonra hücuma keçən komanda səbət altında topu götürən zaman, rəqib
komanda topa toxunmalı deyil, əgər qarşı komanda topu götürməyə maniyəçilik
etsə o zaman hakim oyunçuya xəbərdarlıq edəcək, birdə təkrarlansa oyunçuya
texniki fol veriləcək.
2.6. Top meydançanın çıxış xətlərini keçməsi və ya topu idarə edən oyunçunun
ayağı hər hansı birinin xətti tapdalaması hallarında çıxmış sayılır.
2.7. Hücuma 12 saniyə vaxt ayrılır, 12 saniyə xüsusi cihaz ilə hesablanır, əgər
oyunda 12 saniyəli cihaz yoxdursa və hücüm 12 saniyədən çox çəksə onda hakim
oyunun qedişatına baxaraq hücumu dayandıra bilər və yaxud hakimlər stolundan
son 3 saniyə elan etdikdən sonra oyunu dayandıra bilər.
2.7.1. Hücüm üçün nəzərdə tutulmuş 12 saniyəli cihaz olmasa, oyun vaxtı
müdafiədə olan oyunçular hakimdən hücumun dayandırmaqını istəyə bilməz, elə
hal baş versə hakim texniki fol verə bilər.
2.8. Oyunçu zədələndiyi vaxtda hakimin oyunçunu oyuna salmamaq kimi haqqı
var. Əgər oyunçunun açıq və qanayan yarası varsa oranı bağlamaq məcburiyyəti
var. Oyunçunun paltarı qanadığı halda o, paltarını dəyişdirməlidir. Əgər oyunçu
zədələndiyi vaxt cərimə atışı atmalıdırsa və ata bilmirsə yarışın həkiminə
müraciyyət edərək, həkim təsdiqləsə cəriməni komandanın kapitanı atmalı olacaq
və oyunçu oyunun axrınıa kimi oyuna daxil ola bilməyəcək.
2.9. Hər hansı bir gözlənilməyən hadisə baş verərsə bütün komandalar təşkilatın
rəhərliyinə hadisədən xəbərdarlıq etməlidirlər.
2.10. Əgər oyunçunun qeydiyyat vərəqində səhvlik varsa oyunçu turnirdən
uzaqlaşdırılır.
2.11. Turnirin hər hansı bir vaxtında səhvlik aşkar olunduğu halda o komanda
tunirdən uzaqlaşdırılır.
2.12. Kənarda duran basketbol 3×3 rəsmiləri oyuna ciddi təsir edəcək cərimə
gördüklərində hakimə demək haqları var.
2.13. Oyunda mübahisəli an yaranarsa top hər-zaman müdafiə olunan komandaya
veriləcək.
Bənd 3. Follar və cərimə atışlar.
3.1. Əgər atış zamanı fol olubsa və top səbətə daxil olubsa həmin top hesaba alınır
və 1 cərimə atışı qeydə alınır.
3.2. 7-ci, 8-ci 9-cu komanda folu olsa, 2 cərimə atışı qeydə alınacaq. 10-cu foldan
sonra, hər bir fola 2 cərimə atışı qeydə alınacaq və top hücum edən komandada
qalacaq.
Bənd 4. Oyuna ayrılan vaxt və qalibiyyət.
4.1. Oyuna ayrılan vaxtın sonunda 1 və ya daha çox xal qabaqda olan komanda
qalib gəlmiş sayılacaq.
4.2. Oyuna (5-10, 15) dəqiqə vaxt ayrıla bilər əgər oyuna vaxtı ölçən hüsusi cihaz
yoxdrusa o zaman oyun “çirkli vaxt” ilə və yalnız axırıncı 1 dəqiqə təmiz vaxt ilə
aparılacaq.
4.3. Əgər oyuna ayrılan vaxt ərzində heç bir komandanın 1 xal fərq üstünlüyü ilə
bitməzsə, oyuna vaxt əlavə ediləcək. Əlavə ayrılan vaxtda 2 xal kim tez toplasa,
həmin komanda qalib gəlmiş sayılacaq.
4.4. Hər bir komanda təyin olunmuş vaxtda, təyin olunmuş yerdə olmalıdır.
Komanda hazır olmadığı vaxt 5 dəqiqəlik vaxt ayrılır və yenə də hazır olmayan
komanda rəsmən məğlub tərəf sayılır (son gərarı təşkilat verəcək).
4.5. Turnir vaxtı oyunçuların qeydiyyatı 30 dəqiqə və 1 saata kimi çəkə bilər.
4.6. Hər iki komandanın oyuna qədər isinmə vaxtı ayrılır. İsinmə vaxtı turnir
oyunu qrafikindən asılı olaraq 5 dəqiqə və daha çox ola bilər.
Bənd 5. Taym-autlar.
5.1. Hər bir komandanın bir 30 saniyəlik taym-aut götürmək haqqı var.
5.2. Oyunçunun zədələndiyi vaxtda hakimin taym-aut eləmək haqqı var.
Bənd 6. Oyunçu dəyişikliyi:
6.1. Oyunçu dəyişikliyi oyun durduqda və ya “taym-aut” ərzində edilməlidir.
Bənd 7. Qara siyahı və etiraz proseduru.
7.1. Əgər turnirdə qeydiyyatdan keçən komandanın, turnir vaxtı qəlməsə, həmin
oyunçular qatılma haqqı miqdarında cərimə yazılacaq (hər oyunçuya), gələn
turnirə qatılmaq üçün həmin cəriməni ödəyəndən sonra qatılmaq mümkün olacaq,
əks halda komanda və komandanın heyyəti təşkilatın yarışlarından 1 il müddətinə
qara siyahıda qeyd olunacaq.
7.2. Turnir vaxtı hər hansı bir sözlü konflikt eləmək, dava salan oyunçular
meydandan, tunirdən qovulması ilə nəticələnəcək və gələn turnirlərə həmin
oyunçular bir il və ya ömürlük heç-bir turnirlərə buraxılmayacaq.
7.3. Əgər komanda hakimlikdə və yaxud oyun vaxtı hər-hansı bir qərarla razı
deyilsə o zaman komandanın kapitanı etiraz prosedurunu keçməlidir:
7.3.1. Oyunçu oyun bitdikdən sonar hakimdən öncə oyun protokolunda etiraz
bölməsində qol çekməlidir.
7 3.2. Otuz dəqiqə əzində komanda öz etiraz ərizəsini və oyunun iştirak haqqının 5
qatını təşkilat rəhbərliyinə təqdim etməlidir.
7.3.3. Əgər etiraz təstiqlənsə həmin məbləğ komandaya qaytarılacaq.
7.3.4. Videoyazı o halda təqdim edilə bilər:

  • Topun atışı oyun bitdikdən əvvəl atılıb.
  • Topun atışı oyun bitdikdə, atış 1 xal xəttindən atılıb və yaxud 2 xal
    xəttindən atılıb.
    Bənd 8. Cavabdehlik.
    8.1. Yarış vaxtı təşkilat itən əşyalara cavabdehlik daşımır.
    Bənd 9. Uzun müddətli liqaya qatılmaq üçün qaydalar (adi turnirlərə aid
    deyil, qaydalar ancaq uzun müddətli turnirlərə nəzərdə tutulub).
  1. 1. Hər komandada 6 nəfər oyunçu ola bilər, 2 nəfər ümumi ehtiyyatda, 4 nəfər
    isə (bir nəfər ehiyyatda olmaqla) oynayanlar. Həmin 2 nəfər FIBA 3×3 saytında
    qeyd olunmayacaq ehtiyyatda olduğları üçün.
    9.2. Liqada maksimum qeyd olunan sayda komanda iştirak edəcək və qeyd olunan
    qruplara bölünəcək.
    9.3. Liqa qeydolunan tarixə kimi davam edəcək. (Komandaların sayına görə
    planlaşdırılacaq)
    9.4. Oyunlar dövretmə sistemi ilə keçiriləcək.
    9.5. 3×3 Azərbaycan yarış təşkil fonduna hər bir komanda bir oyuna görə qeyd
    olunan sayda məvacib ayırmalıdır, hər komanda əvəlcədən növbəti oyunun
    məvacibini yarış fonduna ödəməlidir. Əgər komanda gələn yarışlara qatılmasa
    həmin komanda məğlub olmuş kimi liqadan uzaqlaşdırlacaq.
    9.6. Hər bir komanda oyunçusunun rəqəmlənmiş forması olmalıdır.
    Bənd 10. Nizam – intizam.
    10.1. Turnir vaxtı əgər oyunçu oyun vaxtı 2 qeyri idman folu alarsa hakimlər
    tərəfindən oyundan uzaqlaşdırılacaq, təşkilat tərəfindən turnirdən də uzaqlaşıdırıla
    bilər.
    10.2. Oyunçu əgər rəqib oyunçuları, hakimləri, təşkilat heyətini, azərkeşləri təhqir
    etsə, növbəti oyundan kənarlaşdırılacaq, əgər təkrarlansa qara siyahıya əlavə
    olunacaq.
    10.3. Texniki fol oyunçunun hər hansı bilərəkdən edilmiş kobudluğu, söyüş və
    hakimin qərarına etiraz etməsi müqabilində veriləcək. Hər hansı bir sözlü konflikt
    eləmək oyunçunun meydandan qovulması ilə nəticələnəcək. Oyunçu meydanda
    rəqibə qarşı zədələyici hərəkət edərsə və ya dava salarsa bu texniki fol kimi qeydə
    alınacaq. Bu follara həmçinin topa ayaqla bilərəkdən güclü zərbə endirmək, topu
    yerə və ya rəqibə güclü şəkildə vurmaq da aiddir. 2 dəfə texniki fol almış oyunçu
    oyundan və ya turnirdən uzaqlaşdırılır və cərimə olaraq fola məruz qalmış
    komanda 2 sərbəst atış edir və topa sahib olur.
    10.4. Heç bir komanaya turnirlərdə iştirak məcburiyyət qoyulmayıb hər komanda
    öz qərarı ilə turnirlərə qatılır və əgər yarışda iştirak etmək istəmirsə qeydiyyat
    bitməmiş öz komandanı iştirakçılar siyahısından silməlidir.
    Bənd 11. Turun qaydaları.
    11.1. Turun finalına kimi komandada yalnız 6 nəfər iştirak edə bilər, birinci iştirak
    edilən turun turnirdən başlayaraq (komandada əgər oyunçular oynayıbsa gələcək
    turnirdə qeyd olunan tur ərzində oyuncular komandada əvəz edilə bilməz). Qeyd:
    oyunçu bir komandadan digər komandaya keçməsi üçün maneə tətbiq olunmayıb
    (yalnız turun final mərhələsində komandaya yeni oyunçu əlavə etmək olmaz).
    11.2. Ümumi tur reytinqi ilə komanda turun finalına vəsiqə qazanacaq (yeni
    komanda yardılsa, həmin komanda 0 reytinqi ilə hesablanacaq).
    Bənd 12. Slam Dunk müsabiqəsinin qaydaları.
    12.1. Müsabiqə 3 mərhələdən ibarətdir. Oyunçulara 75 saniyə ərzində üç şans
    veriləcək, ancaq üçüncü mərhələdə vaxt limitsiz olacaq. Danklar beş və ya üç
    münsiflər heyəti tərəfindən (0, 5-10) xalları ilə hesablanacaq. İki mərhələ ərzində
    oyunçular bir-biri ilə yarışacaq və üçüncü mərhələyə ən çox xal toplayan dörd
    (iştirakçı çatışmasa iki oyunçu üçüncü mərhələyə keçəcək) oyunçu keçə biləcək.
    Üçüncü mərhələ yarım-final və final mərhələsindən ibarət olacaq. Əgər xallar
    bərabər olsa o, zaman xal bərabərlik olan oyunçular arasında həmin mərhələ
    təkrarlanacaq.
    Bənd 13. Üç xallıq müsabiqəsinin qaydaları.
    13.1. Müsabiqənin iştirakçısı üç xallıq xəttinin mərkəzində on (10) top atışına
    malik olacaq. Hər səbətə daxil olan top bir (1) xal ilə hesablanacaq, əgər
    maksimum nəticəyə görə hesab fərgi rəgib oyunçu ilə bərabərləşsə onda həmin
    oyuçular yenidən, öz aralarında mübarizə aparacaqlar, amma bu səfər beş (5) top
    atışına malik olacaqlar.
    13.2. Hər komandadan yalnız bir oyunçu müsabiqədə iştirak edə bilər, qalan
    komanda yoldaşları müsabiqədə iştirak edən komanda yoldaşına topu səbətin
    altında götürərək, kömək edəcəklər.
    Bənd 14. Yay liqasının qaydaları:
    14.1. Liqada iki dəfə texniki fol almış oyunçu cərimələnəcək, oyunun iştirak
    haqqının 3 qatını liqanın rəhbərliyinə növbəti oyuna gədər təqdim etməlidir. Əks
    halda həmin komanda turnirdən uzaqlaşdırlacaq və bütün komandanın heyəti 2 il
    qara siyahiya əlavə olunacaq.
    14.2. Qeyri idman folu alan oyunçu həmin qayda ilə cərmələnəcək və yaxud
    turnirdən uzaqlaşdırılacaq. Həmin qanun liqanın daha səmərəli və nizam-intizam
    keçirilməsi üçün tətbiq olunur.
    Basketbol 3×3 rəsmiləri qaydaları qoymaq onları dəyişdirmək hüququna
    sahibdirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Explore More

Son dövrlərin TOP XƏBƏRLƏRİ

1️⃣ Göygöl Olimpiya İdman Kompleksində 3×3 basketbol turniri keçirildi📅 Turnirdə 18 komanda iştirak etdi, qalib Türkmənistanın U-23 komandası oldu. 2️⃣ Sabah Gəncədə beynəlxalq basketbol turniri keçiriləcək📅 Martın 24-də Göygöldə beynəlxalq

Baku Warriors komandası turnirin çempionu oldu

Avqust ayının 5 Bakıda «Basketball 3×3 Azerbaijan Youth Summer Tournament 2018» uşaq gənc idmançılar üçün turnir keçirildi, 3×3 Azərbaycan saytı xəbər verir ki, turnirin qalibi Baku Warriors komandası oldu, ikincisi Baku

​К просмотру рекомендуется. 10 матчей НБА, которых мы ждём

Кажется, всё самое интересное из летней программы НБА уже выжали. Было интересно и жарко. Второй год подряд межсезонье получается невероятно насыщенным на информационные поводы, которые после подкрепляются неординарными решениями и