Komandanın qeydiyyatı
Komandanızı qeydiyyatdan keçirmək üçün ilk öncə saytın “İdman mərkəzi”
bölməsinə keçməlisiz. İdman mərkəzində “Komandanı qeydiyyatdan keçirmək”
düyməsinə basmalısız və orada göstərilən sahələri doldurmalısız. Komandanın adı
və komanda üçün link unikal olmalıdır. Həmin bölmələr komanda yaradılandan
sonra düzəliş etmək olmayacaq. Komanda üçün link komandanın “url” ünvanını
əks etdirəcək. Misal: (www.site.com/team/myteam). Bununla siz komandanızı
saytda qeydiyyatdan keçirmiş olursuz.
Komandanı turnirə əlavə edilməsi
Qeydiyyatdan keçirilmiş komandanı turnirə əlavə etmək üçün ilk öncə
saytın “İdman mərkəzi” bölməsinə keçməlisiz, orada idman növləri arasında
özünüzə uyğun idman növünü seçərək həmin bölməyə keçməlisiz. Həmin
bölmədə “Qeydiyyat açıqdır” yazısı olan turnirə daxil olaraq “Komandanı turnirə
əlavə etmək” düyməsinə basmalısız. Açılan qeydiyyat vərəqəsində siz iki sahə
görəcəksiz, birinci sahədə öz qeydiyyatdan keçirmiş komandanızı seçirsiz, ikinci
sahədə isə komandanızın iştriak edəcəyi kateqoriyasını seçməlisiz və yadda saxla
düyməsinə basmalısız. Bununla siz komandanızı turnirə qeydiyyatdan keçirmiş
olursuz.
Oyunçuların turnirə qatılması
Turnirə qeydiyyatdan keçmiş komandaya oyunçuların əlavə edilməsi üçün,
hər bir oyunçu saytda qeydiyyatdan keçməlidir, həmin turnirə keçib, iştirak
edəcəyi komandanı seçib daxil olmalıdır, yaxud istinad istifadə edərək daxil ola
bilər və yaxud komandanın özünə daxil olub, komandanın ümumi iştirak
cədvəlindən özünə lazim turniri seçərək “Daxil ol” düyməsinə basaraq,
komandanın turnir bölməsinə keçə bilər. Komandanın turnir bölməsinə keçəndən
sonra orada “Komandaya daxil ol” düyməsinə basmalı və göstərilən sahələri
doldurmalıdır. Hər yeni turnirə, hər zaman komanda əlavə olunmalıdır və həmin
turnirə oyunçular daxil olmalıdır. Turnir bitəndən sonra rəhbərlik turniri
təstiqləyərək həmin turnir dondurulur.
Saytda komanda rəhbərinin səlahiyyətləri
Komanda rəhbəri öz komandaların məlumatlarını düzəliş edə bilər, komandaya
daxil olan hər-bir oyunçunu silə bilər və oyunçunun bəzi məlumatlarını düzəliş edə
bilər. Öz yaradılan komandaların siyahısına baxmaq üçün “İdman mərkəzi”
bölməsinə keçməlisiz və “Mənim komandalarım” bölməsinə keçərək siyahıya
baxa bilərsiz. Turnirlərdə iştirak edən komandaların silinməsi mümkün deyil.
Yalnız əgər komanda turnirdə iştirak etməyibsə həmin komandanı silmək olar.
Bunun üçün saytın texniki dəstək xidmətinə müraciyyət etməlisiniz.
Komandanın qeydiyyatı
February 9, 2025
0 Comments
Explore More
Дети войны. Дончич и Муса — югославский след в НБА
Уже давно исчезнувшая с географических карт Югославия стала родиной многих успешных баскетболистов НБА. Владе Дивац, Тони Кукоч, Дражен Петрович. Эта страна была основным поставщиком талантов в сильнейшей лиге мира. Новыми громкими
17 марта «Нооруз» стартует в 25-й раз!
17 марта в Кыргызстане стартует XXV Международный турнир по баскетболу среди мужских команд «Нооруз 2018»! Как передает федерация Кыргызстана, в юбилейном турнире примут участие 6 баскетбольных дружин из 3 стран. «Баку
Азербайджан уступил Албании на ЕВРО
В Сан-Марино проходит чемпионат Европы дивизиона С по баскетболу среди юношей (U-16). Как сообщает azerisport.com, в третьем туре сборная Азербайджана встречался с командой Албании и проиграл со счетом 48:66. Ранее
